Dr. Afət Cahangirova
Təhsili və təcrübəsi
-
1989-1995 Azərbaycan Respublikasının Tibb Universiteti, “Müalicə işi” fakültəsi
-
1995-1996 1 nömrəli Şəhər Klinik Xəstəxanasının nəzdində Oftalmologiya kafedrası,“Oftalmologiya” ixtisası üzrə internatura
-
1996– 2001 Kondisioner zavodu
-
2001 – hazırda Xüsusi Müalicə Sağlamlıq Kompleksi
Apardığı müayinə, əməliyyat və prosedurlar
- Oftalmoloji xəstəliklərin erkən diaqnostikası və konservativ müalicəsi;
- Akkomadasiyanın müxtəlif növ pozğunluqlarının (miopiya, hipermetropiya, astiqmatizm, ambliopiya, presbiopiya) diaqnostikası və konservativ müalicəsi;
- Uşaqlarda refraksion dəyişikliklər və çəpgözlük zamanı eynək təyini və konservativ müalicə;
- Gözün ön şöbəsinin infeksion və qeyri infeksion xəstəliklərinin ilkin diaqnostikası və müalicəsi;
- Qlaukomanın erkən diaqnostikası və konservativ müalicəsi;
- Retina patologiyalarının diaqnostikası və konservativ müalicəsi;
- Ambulator müalicə oluna biləcək gözün ön şöbəsinin travmatik və postravmatik potologiyasının müalicəsi;
- Yeni doğulmuşlarda göz yaşı kanalının tıxanıqlığının və doğumsonrası konyunktivitlərin müalicəsi;
Kurslar, sertifikatlar
- “Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş” Beynəlxalq elmi-praktiki və Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurası tərəfindən akkreditasiyadan keçmiş konfransda iştiraka dair sertifikat.
- Azərbaycan Oftalmoloqlar Cəmiyyəti tərəfindən təşkil edilən Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki və Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurası tərəfindən akkreditasiyadan keçmiş konfransda iştiraka dair sertifikat.
- “Göz xəstəliklərində ozonoterapiyanın tətbiqi ilə əlaqədar” Referans-ofta və FBVision tərəfindən təqdim edilmiş sertifikat.
- “Göz xəstəliklərində funksional tibbi yanaşmalar” adlı konfransda iştiraka dair “Venatura” tərəfindən təqdim edilmiş sertifikat.
- “Qlaukoma və Diabetik retinoterapiya zamanı Sitikolinin neyroprotektiv xüsusiyyətinə dair” konfransda iştiraka dair təqdim olunmuş sertifikat.
- 2013-cü il Hepatopankreatobiliar cerrahi konqresi
- 2015-ci il Kolorektal cerrahi konqresi
- 2016,2017-ci illər Azərbaycan-Türkiyə-Almaniya birgə tibbi konqresi
- Avropa Cərrahlar Cəmiyyətinin illik konqresi (ESS 2012 İstanbul)