XXVIDr. Bahar Mustafayeva
Təhsili və təcrübəsi
- 1984 – 1990 – N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (müalicə-profilaktika fakültəsi)
- 1990 – 1991 – Azərbaycan Elmi – Tədqiqat Göz Xəstəlikləri – “Oftalmologiya” ixtisası üzrə internatura
- 1991 – 1993 – cu illər – Sumqayıt şəhər Göz xəstəxanasında – həkim – oftalmoloq
- 1993 – 2000 – ci illər Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində – klinik – ordinator
- 2001 – ci il və hal hazırda – Xüsusi Müalicə Sağlamlıq Kompleksi – həkim oftalmoloq
Apardığı müayinə, əməliyyat və prosedurlar
- Viziometriya
- Avtorefraktometriya
- Fonometriya (kontaktsız)
- Biomikroskopiya
- Oftalmoskopiya
- Oftalmoloji xəstəliklərin erkən diaqnostikası və konservativ müalicəsi
- Bütün yaşlarda refraksiya və akkomodasiya patologiyalarının (miopiya, hipermetropiya, astiqmatizm, ambliopiya, presbiopiya) diaqnostika və korreksiyası
- Çəpgözlüyün diaqnostikası, refraksion çəpgözlüyün eynək korreksiyası
- Gözün ön şöbəsinin infeksion, qeyri/infeksion (iltihabi) xəstəliklərinin diaqnostikası və müalicəsi
- Qlaukoma, oftalmohipertenziya, oftalmohipotenziyanın diaqnostika və konservativ müalicəsi
- Büllur və şüşəvari cismin xəstəliklərinin erkən diaqnostika və müalicə tədbirlərinin müəyyən edilməsi
- Gözün ön şöbəsinin səthi qatlarından yad cisimlərin xaric edilməsi, ön şöbənin ambulator müalicə oluna biləcək travmatik və posttravmatik patologiyalarının müalicəsi
- Yenidoğulmuşlarda gözün ön şöbəsinin və köməkçi aparatının xəstəliklərinin konservativ müalicəsi.
Kurslar, konqreslər, seminarlar
Kurslar
ARSN Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu – “Oftalmologiya” (modul 5-6) kursu
Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – “Uveitlərin klinika, diaqnostika və müalicəsi” (modul 7-8) – kurs (2023)
Konferanslar, seminarlar
- “Qlaukomanın erkən diaqnostikası” (Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində)
- Akademik Z. Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş və ARSN – nin Elmi Tibbi Şurasında akkreditasiyadan keçmiş Beynəlxalq Elmi – Praktiki konfrans
- Azərbaycan Oftalmoloqlar Cəmiyyəti tərəfindən təşkil edilən Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın” müasir diaqnostikası və müalicəsi adlı elmi – praktiki və SN – nin Elmi Tibbi şurası tərəfindən akkreditasiyadan keçmiş konfrans
- “Göz xəstəliklərində ozonoterapiyanın tətbiqi” mövzusunda konfrans
- “Göz xəstəliklərində funksional – tibbi yanaşmalar”
- “Qlaukoma və Diabetik retinopatiya zamanı sitikolinin neyroprotektiv xüsusiyyətinə dair” konfrans
- “Quru göz” sindromunun diaqnostika və müalicəsində yeni prespektivlər”
- “Uşaq və yaşlılar arasında göz arasında göz patologiyalarının artma səbəbləri” mövzusunda ARSN Elmi Tibbi Şurasında akkreditasiyadan keçmiş konfrans
- Azərbaycan Tibb Assosiasiyası – Oftalmologiya Dərnəyi (ATA – OD) II simpozium “Oftalmologiyada yeniliklər” adlı simpozium (ARSN – nin Elmi – Tibbi şurasında akkreditasiyadan keçmişdir)
- “Normal təzyiqli qlaukoma” mövzusunda vebinar
- “Diabetik retinopatiya fonunda qalukomanın müalicəsinə fərdi yanaşma” mövzusunda vebinar