Dr. Nicat Əbilov
Cərrah - Uroloq
Təhsili və təcrübəsi
- 1998-2004 Azərbaycan Dövlət Tibb Universiteti, müalicə profilaktikası fakültəsi.
- 2004-2005 Respublika Kliniki Uroloji Xəstəxanası, həkim-interna.
- 2005-2017 Ə.Əliyev adina Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, urologiya kafedrasının assistenti
- 2017 – hal hazırdakı dövr XMSK
Apardığı müayinə, əməliyyat və prosedurlar
Apardığı əməliyyatlar:
- sidik-cinsiyyət yolları xəstəliklərinin açıq və qapalı əməliyyatları
- sidik axarı daşlarının kontakt lazer üsulu ilə ureterolitotripsiya əməliyyatı
- sidik axarlarının stentlənləməsi
- sidik kisəsi daşlarının parçalanıb çıxarılması
- prostat vəzinın hiperplaziyasında və sidik kisəsi şişlərinin TUR əməliyyatı
- uretranın strikturalarında uretrotomiya əməliyyatları
- Böyrəklərin, peritonarxası sahənin, sidik axarlarının, sidik kisəsi, prostat vəzi və xarici cinsiyyət üzvlərinin açıq cərrahi əməliyyatları
Aşağıdakı xəstəliklərin müalicəsini həyata keçirir:
- uretrit
- balanopostit
- epididimit
- prostat vəzin xoşxassəli hiperplaziyası
- prostatit
- vezikulit
- kişi sonsuzluğu
- libido zəifləməsi və erektil disfunksiya
- yaşla əlaqədar olan hormonal statusun dəyişməsi (andropauza, androgendefisit)
- sistit
- piyelonefrit
- böyrəkdaşı xəstəliyi
Kurslar, konqreslər, seminarlar
Türkiyə, Misir və Rusiyada təkmilləşdirmə kursları, seminar və konfransların iştirakçısı olmuşdur.