Cərrahi əməliyyat bloku 2013-cü ilin may ayından fəaliyyət göstərir. Əməliyyat blokumuz müasir standartlara tam cavab verir. 2 əməliyyat otağı, ayiltma otağı, sterilizasiya (Nüve Staemart), material, soyunub-geyinmə və digər köməkçi otaqlar var. Sterilizasiya və işıqlanma sistemi son texnologiyalar əsasında qurulmuşdur. Klinikamız abdominal (açıq və laporaskopik), uroloji (açıq və endouroloji), endokrinoloji, fleboloji, ginekoloji, “LOR” və neyrocərrahi əməliyyatlarin aparılması üçün hər cür şərait və avadanlıqlarla təchiz olunmuşdur. Neyrocərrahi və LOR əməliyyatları üçün Carl Zeiss firmasının müasir mikroskopu; çox əməliyyatlarda -MC A plus GMM rəqamsal rentqen qurğularından istifadə etməklə icra olunur, “Karl Storz” firmasının laporoskop və endouroloji avadanlıqları, kontakt lazer litotripsiya aparatı, “Covidien” firması istehsalı olan liqaşur (açıq və qapalı) və diqər alətlərdən (müxtəlif növ steplerlər və koaqulyator) istifadə etməklə müxtəlif növ əməliyyatlar icra olunur. Əməliyyatlar yüksək ixtisaslı cərrahlar tərəfindən aparılır. Klinikamızda anesteziologiya-reanimasiya bölməsinin yaranması cərrahi blokun açılışına təsadüf edir. İşimizin məqsədi planlı və təcili cərrahi müdaxilə üçün daxil olmuş xəstələrə anestezioloji xidmətin növlərini göstərməkdir. Əməliyyatlar və ağrılı diaqnostik prosedurlar sedasiya və ya anesteziya şəraitində keçirilir. Bundan əlavə anestezioloqlar endoskopik müayinələrin bütün növləri (qastroduodenoskopiya, kolonoskopiya, sistoskopiya və s.) zamanı anesteziyanı yüksək səviyyədə, professionallıqla yerinə yetirirlər. Əməliyyatdan öncə anestezioloq xəstədən bütün lazımi anamnezi toplayır və xəstə üçün onun vəziyyəti, cərrahi müdaxilənin həcmi, cərrah və xəstənin özünün istəyi nəzərə alınaraq individual anesteziya metodu seçilir. Həkimlər anesteziyanın aparılması üçün bütün müasir texnologiyalara malikdirlər: ümumi (inhalyasion və venadaxili) anesteziyanın aparılması üçün lazım olan anestetiklər, dərman preparatlarının lazımi və arzuolunan dozalanması üçün perfuzorlar, müasir model aparatlardan biri olan ağciyərlərin süni ventilyasiya aparatı – Drager Fabius; regionar anesteziya (spinal və epidural) üçün lazım olan vəsaitlər. Cərrahi əməliyyatdan sonra 2 çarpayılıq ayıltma palatası vardır. Bu palata ən son müasir aparatlarla təchiz olunmuşdur: ventilyasiya aparatı olan Hamilton C3, xəstəyə monitor nəzarətin təmini üçün lazım olan aparatlar, maska və burun kateteri ilə oksigen inhalyasiyası təminatı, infuzomatlar, perfuzorlar, vakuum-sorucular. Həkimlərimiz, tibb üzrə fəlsəfə doktorları, tibb bacılarımız Türkiyədə tibbi praktika və təkmilləşmə kursları keçmişlər. Şöbədə iş tibbi etika və deontologiyaya əməl etməklə, xəstəyə və onun yaxınlarına həssas və humanizmlə yanaşmaqla qurulmuşdur.
Cərrahiyyə kabineti – yeni müasir avadanlıqlarla təchiz olunmuşdur və burada bütün növ ambulator müdaxilələr və bəzi cərrahi xəstəliklərin konservativ müalicəsi həyata keçirilir. Özündə uroloji, onkoloji, travmatoloji kabinetləri birləşdirir.
Kabinetdə aşağıda sadalanan kiçik cərrahi müdaxilələr aparılır:
– Dəri və dərialtı piy qatının irinli – iltihablı xəstəlikləri zamanı (furunkul, karbunkul, panaritsiy, postinyeksiyon abses).
– Yumşaq toxumalarının xoşxassəli şişləri zamanı (ateroma, hiqroma, lipoma)
– Zədələnmiş dırnaqların çıxarılması
– Yaraların birincili işlənməsi
Klinikamızda müxtəliv növ əməliyyatlar icra olunur:
- Abdominal – qaraciyər, öd kisəsi və öd yolları; qastro-intestinal; kolorektal cərrahiyyə – müxtəlif növ anadangəlmə və qazanılmış patologiyaların cərrahi müalicəsi (o cümlədən onkoloji əməliyyatlar Milli Onkologiya Mərkəzinin iştirakı ilə), açıq və endoskopik yolla icra olunur; proktoloji əməliyyatlar, bütün növ yırtıq əməliyyatları (ventral, qasıq, bud və s.); abdominoplastika, aralıq nahiyəsinin plastikası və digər əməliyyatlar.
- Uroloji – (varikoselektomiya, sidik kisəsinin transuretral əməliyyatları, piyeloplastika, ureter stentinin yerləşdirilməsi, TUR-adenomektomiya, sünnət, hidrosele, nefrektomiya və s.)
- Ginekoloji (uşaqlığın total abdominal histerektomiyası, konservativ miomektomiya, yumurtalığın rezeksiyası, uşaqlıqdan kənar hamiləlik, tubektomiya və s.);
- Endokrinoloji (qalxanvari vəzdə – tireoidektomiya, hemitireoidektomiya, boyunun orta xətt sistləri, boyun-diseksiyası əməliyyatı aparılır)
- Neyrocərrahi (onurğa yırtıqları)
- LOR (adenoidektomiya, tonzilektomiya, rinoplastika, septoplastika, postravmatik burun sümüklərinin repozisiyası, endoskopik rinoplastika)
- Travmatoloji – ortopedik. Yuxarı, aşağı ətraf sümüklərinin, fəqərələrin və çanaq sümüyünün sınıqlarının açıq cərrahi yolla düzəldilməsi və metal lövhə ilə fiksasiyası; Oynaqların hissəvi, tam protezləşməsi; Bağ aparatının plastikası; Artroskopik əməliyyatlar – Xüsusilə diz oynaqlarında meniskektomiya; Ön çarpaz bağın bərpası; Qığırdaq Əkilməsi; Ətraflarda olan anadangəlmə və sonradan qazanılmış qısalığın, deformasiyaların bərpasıTam və ya hissəvi qopmuş ətrafların replantasiyası (yerinə tikilməsi); Onurğa deformasiyasının cərrahi yolla aradan qaldırılması (Skolioz, Kifoz)
- Fleboloji – (flebektomiya,krossektomiya, Linton əməliyyatı, radiofrekans abblyasiya və s.)
- Üz estetikası – Alın, üz və boyun dartılması; Rinoplastika; Profiloplastika; Göz qapağı estetikası; Qulaq, çənə və dodaq estetikası; saç əkilməsi; Minimal İnvaziv Estetik işləmələr (Botulimum toksini, dolgu, plazmolifting, mezoterapiya, lazer)
- Bədən estetikası – Bədən konturlarının düzəldilməsi; Liposaksiya; Süd vəzi böyültmə, kiçiltmə, dikləşdirmə; Qarın nahiyəsinin dartılması; Yuxarı və aşağı ətrafların estetikası; Süd vəzi rekonstruksiyası
- Miqren, Kəllə üz və Üz-çənə cərrahiyyəsi – Kraniyoplastika; Üz və qulaq anomaliyası; Dodaq və damaq yarığı (dovşan dodaq və qurd ağızlıq); Çənənin qapanış problemləri; Miqren cərrahiyyəsi; Üz sümük qırıqlarının korreksiyası