XMSK MMC 90 ildən çox tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Yaradılan vaxtdan 2007-ci ilədək Z. Əliyeva 5 ünvanında yerləşən 1895-ci ildə inşa olunmuş tarixi binada Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin Birinci Poliklinikası adı altında fəaliyyət göstərmişdir. Sonralar isə Səhiyyə Nazirliyinin Birinci Poliklinikası kimi xüsusi kontingentə – yüksək dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə tibbi xidmət göstərib və xalq arasında “Leçkomissiya” adı ilə məşhurlaşmışdır. 2010-cu ildən etibarən isə Badamdar şosesi 31 T ünvanında Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC adı ilə fəaliyyət göstərir. Uğurla aparılan yenidənqurma işləri nəticəsində Kompleks müasir binada yerləşmişdir. XMSK qarşısına qoyulan vəzifələri ləyaqətlə yerinə yetirir və bu istiqamətdə öz fəaliyyətini artıq 9 ildir ki uğurla davam etdirib bir çox böyük nailliyyətlərə imza atmışdır.
31 may 2013-cü il tarixində iki əməliyyatxanadan və bir ayıltma otağından ibarət müasir avadanlıqlarla təchiz olunmuş əməliyyat bloku istifadəyə verilmişdir. Bu illər ərzində Kompleksə bir çox müasir tibbi avadanlıqlar alınmış, yeni kabinetlər, şöbələr açılmış, personal yenilənmişdir.
Hazırda Kompleksimiz xəstələr üçün optimal şəraiti olan geniş yaşıllıq sahəsində yerləşən iki korpusdan və avtoparkdan ibarətdir. Birinci əsas korpus 4 mərtəbəlidir və burada laboratoriya, radiologiya, fizioterapiya, terapiya, pediatriya, stomatologiya, stasionar, cərrahiyə kimi əsas şöbələr yerləşir. İkinci üç mərtəbəli korpusda isə Təcili yardım şöbəsi, aptek, ambulatoriya, infeksion, travmatoloji və statistika kabinetləri, mühasibatlıq, kadrlar şöbəsi, yeməkxana, çamaşırxana və konfrans zalı yerləşir.
Kompleksdə hazırda 300 nəfərdən çox personal çalışır.
Vətəndaşlarımıza ən müasir tibbi avadanlıqlarla (Rəqəmsal Rentgen, KT, MRT, Rentgen Mammoqraf, Rentgen Densitometr, Laborator analizatorlar, USM, Holter, Stress test, Endoskop, Kolonoskop və s.) son dərəcə dəqiq diaqnozlar qoymağa və laborator analizlər aparmağa imkan verən şərait yaradılmışdır. Təcrübəli həkimlər tərəfindən həyata keçirilən cərrahi əməliyyatlar və göstərilən müxtəlif tibbi xidmətlər nəticəsində minlərlə vətəndaşımız öz sağlamlığına qovuşub, şəfa tapmışlar.
Müəssisəmiz 1998-ci ildən Respublikada ilk dəfə olaraq sığorta şirkətləri ilə əməkdaşlıq edən təşkilatdır. Uzun illərdir ki, A Qrup Sığorta, Atəşgah Sığorta, Mega Sığorta, Paşa Sığorta, Xalq Sığorta, Azərbaycan Sənaye Sığorta, Standard İnsurance, Azərbaycan Sığorta, Qarant Sığorta, AXAMBASK Sığorta, Alfa Sığorta, Premium Assistance Sığorta və s. sığorta şirkətləri ilə birgə sığortalılara uğurla xidmət göstəririk. Nəticədə Kompleksin xidmətlərindən nəinki öz vətəndaşlarımız, hətta xarici ölkə vətəndaşları: diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da istifadə edirlər.
Bugün XMSK beynəlxalq standartlara uyğun, daim yeniləşən və tibbin son nailiyyətlərinə əsaslanan tibbi texnologiyaları və peşəkar personalı ilə Sizin xidmətinizdədir.